ABŞ-nin Kolorado ştatının Boulder şəhərində İsraili dəstəkləyən dinc nümayişə hücum olub.
Oxu.Az bu barədə RBK-ya istinadla xəbər verir.
Bildirilir ki, 45 yaşlı Məhəmməd Soliman adlı şəxs əlindəki iki "Molotov kokteyli"ni aksiya iştirakçılarına atıb. Hadisə nəticəsində 67-88 yaş aralığında olan altı nəfər yanıq və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) hadisəni mümkün terror aktı kimi qiymətləndirir.
Hadisə şahidlərinin sözlərinə görə, hücum zamanı həmin şəxs "Fələstinə azadlıq!" kimi şüarlar səsləndirib.
Yəhudi icmaları bu hadisəni "dinc nümayiş iştirakçılarına qarşı vəhşi antisemit hücum" adlandırıblar.
Hadisə ilə bağlı araşdırma aparılır, şübhəli şəxs saxlanılıb.
