Los-Ancelesdə yük maşını İrandakı etiraz hərəkatını dəstəkləyən mitinqlərə toplaşan insanlara çırpılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə KNBC televiziya kanalı məlumat yayıb.
Los-Anceles Yanğından Mühafizə İdarəsinin məlumatına görə, ən azı iki nəfər xəsarət alıb.
Hadisədən sonra etirazçıların sürücüyə hücum etməyə cəhd göstərdiyi və avtomobilin şüşələrini sındırdığı bildirilir.
Hüquq-mühafizə orqanları hələlik yük maşınını idarə edən şəxsi müəyyən etməyiblər.