Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-də Zelenski ilə bağlı araşdırma tələb edildi: Ukrayna prezidenti hərbi zavoda niyə baş çəkib?
ABŞ-də bir qrup konqresmen Ukrayna Prezidenti Volodimir Zelenskinin Pensilvaniyadakı sursat zavoduna səfərinin araşdırılmasını tələb edib.
Oxu.Az-ın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ABŞ Konqresinin 9 üzvünün məktubunda bildirilib.
ABŞ Ədliyyə Nazirliyinin baş müfəttişinə ünvanlanan məktubda siyasətçilər Zelenskinin Pensilvaniyaya səfəri nəticəsində ölkə qanunlarının pozulması ehtimalı ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar ABŞ-nin hərbi aktivlərinin və federal resurslarının istifadəsinə dair araşdırmanın aparılmasını tələb ediblər.
Müraciət müəllifləri, həmçinin qeyd ediblər ki, Ukrayna prezidentinin səfəri siyasi motiv daşımış ola bilər. Xüsusilə də prezident seçkisi ərəfəsində onu Pensilvaniya ştatının qubernatoru Coş Şapironun da daxil olduğu yüksəkrütbəli demokrat məmurların müşayiət etməsi yerli qanunların pozulması kimi qiymətləndirilə bilər.
Bundan əlavə, Volodimir Zelenski, güman ki, Pensilvaniyaya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C-17" hərbi təyyarəsi ilə gəlib və onun təhlükəsizliyi Məxfi Xidmət tərəfindən təmin edilib. Konqresmenlər qrupu qeyd edib ki, bütün bunlar ABŞ-nin vergi ödəyicilərinin vəsaitləri hesabına ödənilib və siyasi məqsədlər üçün xərclənib.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Tramp Zelenskiyə seçim təklif etdi: "Ya sülh, ya da daha üç il müharibə"
- Zelenski Ukraynada sülh danışıqlarının yeni raundunun anonsunu verib
- Zelenski çox sayda rusiyalı sənətçini "qara siyahı"ya daxil etdi
- Tramp Zelenskiyə görə Avropa İttifaqına qəzəblənib
- Zelenski Sum vilayətinin başçısını vəzifəsindən azad etdi