Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nazir: "Səylərimizi bugünkü səviyyədə davam etdirsək, hədəflərimizə tez nail ola biləcəyik"
"2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın karbonsuzlaşdırılması və ixrac məqsədilə quruda və dənizdə 8 GVt-dan çox yaşıl enerji layihələri xarici investisiya hesabına reallaşdırılacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA) ilə birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, səylərimizi bugünkü səviyyədə davam etdirsək, hədəflərimizə daha tez nail ola biləcəyik:
"Qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir və bu proses davam edəcək. Sahibkarların "yaşıl layihələri" güzəştli kreditlər, həmçinin qrant, startap şəhadətnamələri ilə dəstəklənir".

Məhərrəm Əliyev
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Abdulla Bin Touq Al Marri ilə görüşüb
- İqtisadi-ticari əlaqələrin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb
- Azərbaycanla Çin maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığı dərinləşdirirlər
- Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
- Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb