ABŞ-dən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş əməkdaşları olan üç İran vətəndaşı deportasiya edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.
"Hər üç şəxs 2019-cu ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən xarici terror təşkilatı elan edilən SEPAH-ın keçmiş əməkdaşıdır", - deyə departamentdən bildirilib.
Qeyd olunur ki, sözügedən şəxslər 2024-cü ildə ABŞ-yə qanunsuz yolla daxil olublar.
Ötən ilin dekabrında "The New York Times" qəzeti mənbələrə istinadən təxminən 2 000 İran vətəndaşının ABŞ-dən deportasiya oluna biləcəyini bildirmişdi.