ABŞ dəniz piyadaları korpusu “Lockheed Martin F-35 Lightning II” qırıcısını itirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Marine Corps Times” nəşri məlumat yayıb.
“F-35B Lightning II” qırıcısı ilə bağlı hadisə 2016-cı il oktyabrın 27-də Bofort aviabazasının yaxınlığında baş verib. Həmin vaxt təlim uçuşu həyata keçirən təyyarə havada alışıb.
Qırıcı eniş edə bilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzaya səbəb texniki nasazlıq göstərilib.
Qırıcıya iki milyon dollar dəyərində zərər dəydiyi bildirilsə də, sonradan F-35-nin bərpasının mümkün olmadığı aydınlaşıb.
Rəylər