Vaşinqton və Tehran arasında nüvə sazişi üzrə danışıqların altıncı raundu ümumiyyətlə baş tutmaya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN İran rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi şəxs iddia edib ki, İran ABŞ-nin nüvə proqramı ilə bağlı yeni təklifini qeyri-real hesab edir, üstəlik, Vaşinqtonun irəli sürdüyü şərtlər həddindən artıq ağırdır.
"Amerikalılar öz mövqelərini mütəmadi olaraq dəyişirlər və bu, indiyə qədər uğurlu danışıqlara əsas maneə olub, eyni zamanda, məsələnin həllini çətinləşdirir", - deyə İran rəsmisi vurğulayıb.