Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri İranın dəniz blokadasını davam etdirərək, Tehranın yanlış addım atacağı təqdirdə ölkənin enerji infrastrukturuna hücum edə bilər.
Oxu.Az xəbər verir ki, bu bəyanatla ABŞ-nin hərb naziri Pit Heqset mətbuat konfransı zamanı çıxış edib. Onun sözlərinə görə, mövcud uğurlu blokada tələb olunan müddət ərzində qüvvədə qalacaq:
"Amma əgər İran səhv seçim etsə, o zaman onu blokada ilə yanaşı, infrastrukturun, elektrik stansiyalarının və enerji obyektlərinin bombalanması gözləyir".