"ABŞ-İran atəşkəsi" teqi üzrə xəbərlər

8 aprel 2026-cı il tarixində ABŞ Prezidenti Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

ABŞ prezidenti "Truth Social" şəbəkəsində yazıb ki, o, Pakistan rəhbərliyinin xahişi ilə, həmçinin Tehranın Hörmüz boğazını tamamilə açması şərti ilə atəşkəsə razı olub. Tramp əlavə edib ki, ABŞ İrandan on tələb alıb və respublikaçının sözlərinə görə, bu tələblər sülh sazişinin əsasını təşkil edə bilər.

ABŞ prezidenti tərəfindən sazişin bağlanması üçün Tehran qarşısında qoyulan son müddət Bakı vaxtı ilə 8 aprel saat 04:00-da başa çatırdı. Tramp bu müddət bitdikdən sonra İrana od yağdıracağı və onu Daş dövrünə qaytaracağı ilə hədələyərək, ölkənin elektrik stansiyalarına, enerji infrastrukturu obyektlərinə və körpülərinə zərbələr endirəcəyinə söz vermişdi.

Tehran isə cavabında söz vermişdi ki, İranın cavab zərbələri nəticəsində bütün region və Səudiyyə Ərəbistanı tam qaranlığa qərq olacaq.

İranın Ali Milli Təhlükəsizlik Şurası atəşkəslə razılaşdığını təsdiqləyib, müvafiq bəyanatı İran XİN rəhbəri Abbas Əraqçı yayımlayıb.