Birləşmiş Ştatlar öz gəmilərinə yönəlmiş hücumlara cavab tədbiri olaraq İranın neft tankerlərinə zərbələr endirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio açıqlama verib.
"İran ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri hədəf almağa cəhd göstərməkdə davam edir. Onlar bunu hər dəfə edərkən və ya etməyə çalışarkən öz tankerlərindən məhrum olacaqlar. Düşünürəm ki, bu gün siz bunun yenidən şahidi olacaqsınız", - deyə ABŞ xarici siyasət idarəsinin rəhbəri Kolumbiyada mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib. Qeyd edək ki, çıxış ABŞ telekanalları tərəfindən yayımlanıb.
Xatırladaq ki, SEPAH ballistik raketlərin tətbiqi ilə həyata keçirilən əməliyyat zamanı qanadlı raketlər və "Aegis" sistemi ilə təchiz olunmuş "DDG-119" və "DDG-53" hərbi gəmilərini vurduğunu bəyan edib.