Dohada ABŞ və İran nümayəndə heyətləri arasında Qətərin vasitəçiliyi ilə dolayı danışıqlara start verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Birləşmiş Ştatların nümayəndə heyəti artıq Qətər təmsilçiləri ilə məsləhətləşmələrə başlayıb.
Öz növbəsində "Reuters" agentliyi yüksəkvəzifəli İran rəsmisinə istinadən bildirib ki, Vaşinqton və Tehran arasında əmirliyin paytaxtında qurulan dolayı təmaslar iyunun 30-da axşam saatlarından etibarən davam edir.
Mənbə qeyd edib ki, İran tərəfi Qətər və Pakistan nümayəndələri ilə görüşlər keçirib, bu təmsilçilər isə daha sonra əldə edilən məlumatları ABŞ heyətinə ötürüblər.
Agentliyin həmsöhbəti vurğulayıb ki, bu gün də davam edən danışıqların əsas müzakirə mövzusu İranın dondurulmuş aktivləri və Hörmüz boğazı olub.