Pakistan və Qətər ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmaq üçün iş aparırlar.
Oxu.Az bildirir ki, CNN telekanalı bu barədə mənbələrə istinadən məlumat verib.
*ABŞ ordusu İranda 90 hərbi hədəfə növbəti zərbələr endirib - ANBAAN VİDEO
Qeyd olunub ki, Pakistan Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa və regional sülh və sabitliyi daha da pozacaq addımlardan çəkinməyə çağırıb.
İyulun 8-nə keçən gecə ABŞ və İran qarşılıqlı zərbələr endirərək hər iki tərəfdən 100-ə yaxın hərbi hədəfi vurublar. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin ləğv olunduğunu bəyan edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da bildirib ki, son zərbələr dalğası zamanı ABŞ ordusu İranın 90-a yaxın hədəfini vurub. Tramp mətbuata açıqlamasında İranla yeni sazişin bağlanmasının zəruriliyinə əmin olmadığını bildirib.