ABŞ HHQ “İslam dövləti” (keçmiş İraq Şam İslam dövləti) yaraqlılarının mövqelərinə aviazərbə endirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin rəsmi Twitter səhifəsində bildirilib.
“ABŞ HHQ təyyarələri yaraqlıların mövqelərinə aviazərbə endirib. Artilleriya Erbili müdafiə edən kürd hərbi qüvvələrinə qarşı istifadə edilib”, - Pentaqonun mətbuat katibi Con Kirbinin məlumatında deyilib.
Beşinci gün ABŞ prezidenti Barak Obama İraq yaraqlılarına “lazım olarsa” məhdud aviazərbələrin endirilməsinə razılıq verdiyini bildirib. Onun sözlərinə görə aviazərbələr “İslam dövləti” hərəkatının yaraqlılarına istiqamətlənəcək və məqsədi dini azlıqların soyqırımını dayandırmaq, eləcə də İraqda yerləşən Amerika personalını qorumaqdır. Eləcə də ABŞ dini azlıqlara hava humanitar yardımına başlayıb.
“İslam dövləti” qrupunun yaraqlıları İraqın şimali və qərbi rayonlarına iyunun əvvəlində hücum ediblər. Onlara İraqın bir sıra sünni silahlı qüvvələri, Səddam Hüseynin ordusunun hərbçiləri və kiçik terror qrupları da qoşulub. İyunun sonunda “İslam dövləti” İraq və Suriyada nəzarəti altına aldığı, yəni Suriyanın şimalında Aleppodan İraqın şərqində Diyala əyalətinə qədər olan ərazidə “İslam xilafətinin” yaradılmasını elan edib.