ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya və İraqda “İslam dövləti”nin (İŞİD) mövqelərinə 19 avia zərbə endirib. Bu barədə Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, zərbələrə daha çox Suriyanın Hasaka şəhəri məruz qalıb. Şəhərdə İŞİD-in doqquz hərbi mövqeyi, üç bunkeri, silah anbarı və digər hədəflər məhv edilib.
Bundan başqa, yaraqlıların Aleppo və Rakka yaxınlığındakı mövqeləri də zərbələrə məruz qalıb. İraqda avia zərbələrə səkkiz şəhərin yaxınlığındakı obyektlər məruz qalıb.