Kiyevdə ABŞ Prezidenti Donald Trampın Administrasiyasının hərbi yardım çərçivəsində Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərini göndərməyəcəyi ilə bağlı narahatlıq mövcuddur.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Washington Post" adı açıqlanmayan məmurlara istinadən məlumat verib.
Ukrayna rəsmiləri Tramp administrasiyasının əvvəlki administrasiyadan fərqli olaraq bu sistemləri yardım kimi deyil, satış yolu ilə təqdim etməyə daha çox üstünlük verəcəyini düşünürlər.
Nəşrin məlumatına görə, NATO üzvü olan bir neçə ölkə artıq bir neçə həftədir Ukraynaya əlavə "Patriot" sisteminin verilməsini müzakirə edir. Lakin danışıqlar hələlik konkret nəticə verməyib.