ABŞ hakimiyyəti "Microsoft" şirkətini xarici əməkdaşların müəyyən müddətdən sonra "Green Card" almasına imkan verən proqramdan çıxarıb.
Oxu.Az bu barədə "NBC News"a istinadən xəbər verir.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında "Microsoft"un bu sistemdən sui-istifadə edən şirkətlər arasında önə çıxdığını bildirib.
Onun sözlərinə görə, şirkət ötən il 6 000 amerikalı əməkdaşı işdən çıxarıb, eyni zamanda 6 300 iş vizası və 3 000-ə yaxın "Green Card" əldə edib.
Proqramda iştirakının dayandırılması "Microsoft"un xarici əməkdaşları üçün H-1B iş vizalarına, həmçinin yaşayış icazəsinə müraciət edə bilməyəcəyi anlamına gəlir.
Vens bildirib ki, hakimiyyət "Microsoft" və digər şirkətlərin ilk növbədə ABŞ vətəndaşlarını işə götürməsini gözləyir.
Vitse-prezident əlavə edib ki, xarici işçilər viza məsələsində işəgötürəndən asılı olduqları üçün amerikalılardan daha aşağı əməkhaqqı ilə işləməyə razılaşırlar. Onun fikrincə, biznesin xarici işçilərə üstünlük verməsinin səbəblərindən biri də budur.