ABŞ ordusu Hind-Sakit okean komandanlığının (INDOPACOM) məsuliyyət zonasında "Majestic X" tankerini ələ keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) sosial şəbəkə hesabında açıqlama yayıb.
Məlumata görə, gecə saatlarında Hind okeanında saxlanılan gəmi İrandan neft daşıyırmış və ABŞ-nin sanksiyaları altında olub.
Qeyd edilir ki, bayraqsız üzən tankerdə yoxlama əməliyyatı həyata keçirilib.
Qaynar xətt:
(055) 224 12 12