Pentaqon ABŞ Silahlı Qüvvələrində ixtisarlar həyata keçirməyi planlaşdırır.
Bu barədə Oxu.Az CNN telekanalına istinadla xəbər verir.
Plan çərçivəsində hərbi bölmələrin hissələrinin birləşdirilməsi, birləşmiş qüvvələrin hazırlanmasına və təlim verilməsinə görə cavabdeh olan idarənin ləğv edilməsi, eləcə də ABŞ-nin Yaponiyadakı hərbi varlığının genişləndirilməsindən imtina nəzərdə tutulub.
Bundan başqa, ABŞ-nin Avropa və Afrika komandanlıqlarının vahid komandanlıqda birləşdirilməsi də ehtimallar arasındadır.