Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ prezidentliyinə namizəd Ukrayna ilə bağlı gizli danışıqlardan bəhs etdi: “Buna görə məni rüsvay edirlər”
Hindistanəsilli amerikalı sahibkar, prezident seçkisində iştirak etmək üçün namizədliyini irəli sürən mühafizəkar siyasətçi Vivek Qanapati Ramasvami Ukrayna ilə bağlı gizli danışıqlardan bəhs edib.
O, bununla bağlı “X” hesabında yazıb.
Ramasvami NBC kanalının Rusiya ilə danışıqların mümkünlüyü ilə bağlı ABŞ və Avropanın Kiyevlə gizli müzakirələr aparması xəbərinə münasibət bildirib.
O, Ukrayna münaqişəsinin sona çatması üçün danışıqlara ehtiyac duyulduğu fikrinə görə tənqidlərə məruz qaldığını vurğulayıb.
“Bunu dediyimə görə isteblişment məni rüsvay edir”, - deyə o bildirib.
“Lakin bağlı qapılar arxasında onlar, deyəsən, sülh müqaviləsinin zəruriliyini qəbul ediblər”, - deyə amerikalı siyasətçi əlavə edib.
Ramasvami, həmçinin qeyd edib ki, ABŞ-də keçirilən prezident seçkisində qalib gələrsə, Rusiyaya sövdələşmə təklif edəcək - Moskva Pekinlə müttəfiqlikdən imtina edəcək, Vaşinqton isə Ukraynanı NATO-ya qəbul etməkdən imtina edəcək və hazırkı demarkasiya xətlərini donduracaq.
Mənbə: MK.ru
Rəylər