ABŞ-nin Hərbi Nazirliyi (Pentaqon) "Qiyamət günü təyyarəsi" kimi tanınan "E-4B" hava gəmisinin müasirləşdirilməsi və ona texniki xidmət göstərilməsi məqsədilə yeni müqavilə bağlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi açıqlama yayıb.
Razılaşmanın ümumi məbləği 984 milyon dollara qədərdir. Layihənin icraçısı qismində "Strategic Mission Systems" şirkəti seçilib. Həmin şirkət qeyri-müəyyən tədarük həcmini və qeyd edilən məbləğ çərçivəsində maksimum maliyyələşməni nəzərdə tutan müqaviləni əldə edib.
Müqavilə çərçivəsində işlərin 24 iyun 2037-ci ilədək yekunlaşdırılması planlaşdırılır.