ABŞ Senatı dövlətin xaricə yardım, eləcə də NPR və PBS ictimai yayım şirkətlərinin maliyyələşdirilməsinə ayrılan və ümumi məbləği 9 milyard dollar təşkil edən dövlət xərclərinin ləğvini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
İndi federal büdcə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti üçün Dövlət Departamentinə ayrılmış 7.9 milyard dolları, eləcə də əvvəlcədən İctimai Yayım Korporasiyası üçün nəzərdə tutulan 1.1 milyard dolları geri alacaq.