ABŞ-nin Tennessi, Kentukki və Corciya da daxil olmaqla bir çox ştatında baş verən daşqın və tornadolar nəticəsində azı 20 nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "ABC News" telekanalı xəbər yayıb.
Bildirilib ki, həlak olanlar arasında Kentukkidən olan doqquz yaşlı uşaq da var, o, avtobus dayanacağına gedərkən su axınına qərq olub.
Ümumilikdə 10 ştatda 90-dan çox tornado qeydə alınıb.
ABŞ-nin Milli Meteorologiya Xidməti əlverişsiz hava şəraitinə görə Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk zonasında olduğu barədə xəbərdarlıq edib. Arkanzas, Missuri, Tennessi və Missisipidə daşqınlar səbəbindən ən yüksək - 4-cü təhlükə səviyyəsi elan edilib.