Atlantik okeanının Amerika (Meksika) körfəzinin şərq hissəsində "Eduard" tropik qasırğası formalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.
Məlumata görə, "Eduard" Luiziana ştatının Kameron şəhərindən təxminən 45 kilometr, Texas ştatının Port-Artur şəhərindən isə 80 kilometr məsafədə yerləşir.
Qasırğa saatda təxminən 13 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Təbii fəlakət ərazisində küləyin maksimal sabit sürəti saniyədə təxminən 23 metr təşkil edir.
Qaynar xətt:
(055) 224 12 12