Meksika körfəzində yerləşən "Pemex" şirkətinə məxsus obyektdə neft sızması qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumlar məlumat yayıb.
Bununla əlaqədar, müxtəlif ixtisaslaşmış qrupların iştirakı ilə neft ləkəsinin yayılmasının proqnozlaşdırılması və davamlı monitorinq protokolu işə salınıb.
Məlumata görə, sızma boru kəmərində baş verib və hazırda onun qarşısının alınması istiqamətində işlər aparılır. Meksika hökuməti fövqəladə hallar üçün hərəkət planını tətbiq edib. "Pemex"ə karbohidrogenlərin toplanması və lokallaşdırılmasında kömək məqsədilə bir neçə gəmi və 255 hərbçi cəlb olunub.
Proqnozlarına əsasən, bu dövrdə neft ləkəsinin sahilə və ya həssas təbiət zonalarına çatma ehtimalı olduqca aşağıdır. Buna baxmayaraq, ehtimal olunan soyuq hava cəbhəsinin gəlməsi səbəbindən yaxın 10 gün ərzində ləkənin hərəkət istiqaməti dəyişə bilər.