İngiltərə millisinə Kanzas-Sitidə tornado təhlükəsi barədə xəbərdarlıq daxil olub.
Oxu.Az bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir.
Futbolçulara və milli komandanın heyətinə qapalı məkanlarda, pəncərələrdən uzaq durmaq tövsiyə olunub. Buna səbəb küləyin sürətinin saatda 80 milə qədər çatacağı ilə bağlı güclü qasırğa qorxusudur.
Xatırladaq ki, İngiltərə yığması DÇ-2026-da L qrupunda yer alıb və bu qrup çərçivəsində Xorvatiya (17 iyun), Qana (23 iyun) və Panama (28 iyun) komandaları ilə qarşılaşacaq.
Qaynar xətt:
(055) 224 12 12