Braziliyanın Santa-Katarina ştatında tornado ciddi fəsadlar törədib.
Oxu.Az "CNN Brasil"ə istinadən xəbər verir ki, Çapeko hava limanında güclü külək anqar sahəsi və əsas terminalın dam örtüyünün bir hissəsini qoparıb.
Hava limanı rəhbərliyi fəaliyyətin qeyri-müəyyən müddətə dayandırıldığını açıqlayıb.
Texniki qruplar hazırda ərazidə infrastrukturun ətraflı yoxlanışını aparır və hava limanının fəaliyyətini mümkün qədər tez bərpa etmək üçün zəruri tədbirlər görürlər.
Sərnişinlərə hava limanına getməmələri və uçuşları ilə bağlı ən son məlumatları almaq üçün birbaşa aviaşirkətlərlə əlaqə saxlamaları tövsiyə olunur.
Əlverişsiz hava şəraiti səbəbindən bütün ştatda yüksək hazırlıq rejimində fövqəladə vəziyyət elan edilib. Fırtına binaların damlarına ziyan vurub və müxtəlif ərazilərdə daşqınlara səbəb olub.