Türkiyənin Bitlis vilayətinin Ahlat rayonunda nəhəng burulğan əmələ gəlib.
Oxu.Az İHA-ya istinadən xəbər verir ki, hadisə tikinti sahəsində qeydə alınıb.
Təbiət hadisəsi tikinti işçilərinin mobil telefonları ilə lentə alınıb.
Görüntülərdə yerdən qalxan sıx toz buludunun küləyin təsiri ilə fırlanaraq səmaya doğru yüksəldiyi əks olunub.
Tikinti texnikalarının olduğu ərazidən keçən burulğan bir müddət davam edib. Nəticədə yaranan toz buludu geniş əraziyə yayılıb. Hadisə zamanı heç kim xəsarət almayıb və hər hansı ciddi fəsad qeydə alınmayıb.
Qısa müddətdən sonra tornado təsirini itirib.