ABŞ Ukraynanın “Malışev” zavodundan bir ədəd “Oplot” tankı alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Oboronno-promışlennıy kuryer” jurnalı Ukraynanın müdafiə sənaye kompleksində olan mənbəyə istinadən məlumat yayıb.
Təchizat xüsusi ixrac məsələləri ilə məşğul olan dövlət şirkəti tərəfindən həyata keçiriləcək. Məlumata görə, ABŞ tərəfi Ukrayna hərbi texnologiyaları, o cümlədən silah alışı perspektivləri ilə tanış olur.
“Oplot”, T-80 sovet tankının Ukraynada modifikasiya olunmuş variantıdır. Ağır hərbi maşın yeni atəş idarəetmə sistemi, komandir nişanı, orijinal qaynaqlanmış qüllə, bort ekranı, daxili dinamik müdafiə və “Varta” optik-elektron əks-təsir sistemləri ilə təchiz olunub.