ABŞ və İran nümayəndə heyətləri, həmçinin Qətər və Pakistandan olan vasitəçilər texniki danışıqların keçiriləcəyi Bürgenştok şəhərinə gediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
"ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti, həmçinin vasitəçilər - Pakistan və Qətər Bürgenştoka gəliblər", - deyə mətndə bildirilir.
Danışıqların günorta saatlarında başlayacağı gözlənilir.