Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ və Ukrayna rəsmiləri gizli görüş keçiriblər
Donald Tramp Administrasiyasının məmurları Ukrayna Prezidenti Volodimir Zelenski və komandası ilə gizli danışıqlar aparıblar. Danışıqlar dövlət başçılarının məlum mübahisəsindən sonra Ağ Evlə münasibətlərin sabitləşməsinin vacibliyini vurğulamaq məqsədi daşıyıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN nəşri iki mənbəyə istinadən yazıb.
CNN-nin məlumatına görə, danışıqlarda iştirak edənlər arasında Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq da olub. Tramp Administrasiyasının nümayəndələri ukraynalılara çağırış ediblər ki, nadir metallar üzrə sazişlə bağlı danışıqları mümkün qədər tez - ABŞ prezidenti Konqresdə çıxış etməzdən əvvəl bərpa etsinlər.
Ukrayna prezidentini razı salmağa həmçinin Britaniyanın Baş naziri Kir Starmer də kömək edib. Starmer martın 4-də Zelenski ilə telefonla danışıb. Zəng zamanı o, Zelenskiyə bildirib ki, "Trampın eşitmək istədiyi müəyyən şeylər olub" və bu istəklərdən biri də Zelenskinin Ağ Evdə onunla görüşdə düzgün davranmadığını etiraf etməsi olub.
Bunun ardınca Volodimir Zelenski paylaşım edib və Ağ Evdə görüşün "gözlənildiyi kimi keçmədiyini" etiraf edərək, təəssüfləndiyini ifadə edib.
"Təəssüf ki, belə oldu. Hər şeyi düzəltməyin vaxtıdır. Biz istərdik ki, gələcək əməkdaşlıq və ünsiyyət konstruktiv olsun", - deyə Zelenski paylaşımda yazıb.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- ABŞ Ukrayna ilə münasibətlərin bütün aspektlərini yenidən nəzərdən keçirir
- Zelenski: "Yaxın zamanda sülhü tezləşdirmək üçün ilk addımlarla bağlı plan hazır olacaq"
- Starmer və Makron Zelenskini Trampla görüşdə müşayiət edə bilərlər
- Lukaşenko: "Trampı, Putini və Zelenskini Minskdə gözləyirəm"
- Tramp Rusiya və Ukraynadan danışıqlara hazır olmaları ilə bağlı siqnal alıb