Pentaqon bir neçə aydır ki, Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə vermir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri ABŞ-nin rəsmi mənbələrinə istinadla yazır.
Məlumatlara görə, Pentaqonun təsdiqləmə proseduru Ukraynaya yazın sonundan bəri uzaqmənzilli hərbi taktiki raket komplekslərindən istifadə etməyə imkan verməyib.
İki rəsmi şəxsin bildirdiyinə görə, Ukrayna Rusiya ərazisindəki hədəflərə qarşı ATACAMS raket kompleksindən ən azı bir dəfə istifadə etməyə çalışıb, lakin rədd cavabı alıb.
Mənbələr söhbətin hansı konkret hadisədən getdiyini dəqiqləşdirməyiblər.