Şənbə günü Ağ evdə həyəcana səbəb yaxınlıqda olan köşkdə yanğın və şübhəli avtomobil olub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi öyrədilmiş itlər Ağ evin yaxınlığında saxlanılmış maşına işarə verib.
Bununla yanaşı, yaxınlıqda olan ərzaq köşklərindən birində tüstü və ya yanğın baş verib. Yanğınsöndürənlər yanğını söndürüblər.
Ehtimal olunur ki, hər iki insident bir-biri ilə əlaqəli deyil.
ABŞ prezidenti Barak Obama Ağ evdəki həyəcana görə planlarını dəyişib və iqamətgahını öncə planladığı kimi avtomobili ilə deyil, vertolyotla tərk edib.