Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Air Algerie təyyarəsi Nigeriya paytaxtının yaxınlığında qəzaya uğrayıb
Radardan itən Air Algerie aviaşirkətinin təyyarəsi təqribən Nigeriyanın paytaxtı yaxınlığında Niamey şəhərində qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə CCTVNews Tvitter-ində yazıb.
DC-9 avialayneri ilə əlaqə Burkina-Faso paytaxtından aeroportdan çıxdıqdan 50 dəqiqə sonra kəsilib.
“Ekipaj pis görüntü üzündən Əlcəzairdən Bamakoya uçan başqa təyyarə ilə toqquşmamaq üçün, kursu dəyişməyi xahiş etdikdə, təyyarə Əlcəzair sərhəddinin yaxınlığında olub. Avialayner ilə əlaqə kursu dəyişdikdən sonra kəsilib”, - Agence France-Presse Air Algerianın məlumatından sitat gətirib.
Təyyarə Uqaduqu-Əlcəzair reysi üzrə uçurdu. Təyyarədə ən azı 110 sərnişin və 6 nəfər ekipaj üzvü olub.
Reuters-in məlumatına görə avialaynerə 135 nəfər sərnişin yerləşir. AH5017 həftədə dörd dəfə Uqaduqudan Əlcəzairə reys edir. Uçuş vaxtı 4 saatdır.
Əlcəzairdə artıq qəzanın təfərrüatlarını araşdırmaq üçün krizis mərkəzi yaradılıb.
Bu aviaqəza ötən həftə ərzində artıq üçüncü qəzadır.
23 iyulda TransAsia Airways Tayvan vilayəti Penxuda qəza enişi zamanı 51 nəfər həlak olub. Təyyarədə 54 nəfər sərnişin və 4 nəfər ekipaj üzvü olub.
17 iyul Donetsk vilayətində Malaysia Airlines şirkətinə məxsus “Boeing 777” qəzaya uğrayıb. Aviadaşıyıcının məlumatına görə təyyarədə 283 sərnişin və 15 nəfər ekipaj üzvü olub. Xilas olan yoxdu.