İsrailin Qəzza xəttinə hücumları bölgədə vəziyyətin dramatikliyini bir daha gözlər önünə sərib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə İsrail ordusunun açdığı atəş ilə ayaqlarından vurulan bir fələstinli gəncin videosu yerləşdirilib. Videoda oğlunun qurtarılmasına çalışan ananın fəryadı də əks olunub.
Oğlunun İsrail hücumlarından qaça bilmədiyini görən qadın fəryadlar içində ətrafındakı insanlardan kömək istəyir. Öz səyi ilə qaçmağa çalışan gəncə isə İsrail əsgərləri atəş açmağa davam edir. Oğlunun yanına qayıdan fələstinli ana yaralı oğlunu təcili yardım ilə xəstəxanaya aparır. Yaralı gəncin vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, İsrailin Fələstinə hücumları nəticəsində ölənlərin sayı artıq 732-yə yüksəlib. İsrailin əməliyyatlarında həlak olan uşaqların sayı isə 160-ı keçdiyi deyilir.