Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Air India" təyyarəsi bomba təhlükəsi səbəbindən Tailandda məcburi eniş etdi
Tailandın Phuket adasından Delhiyə uçan "Air India" şirkətinə məxsus təyyarə göyərtəsində bomba təhlükəsi olduğu xəbərini aldıqdan sonra təcili eniş üçün müraciət edib.
Oxu.Az-ın "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Phuket hava limanı nümayəndəliyindəki mənbə bildirib.
"AI 379 reysi eniş edib və hava limanının əməkdaşları fövqəladə hallarda tədbirlər planının həyata keçirilməsinə başlayıblar", - deyə mənbə bildirib.
Xatırladaq ki, iyunun 12-də "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsinin Hindistanın qərbində qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.
"Air India" teqi üzrə xəbərlər
- Yas tutanlara hüquqi tələ: "Air India" qəzada həlak olanların ailələri ilə necə manipulyasiya edib?
- İsrail-İran qarşıdurması, Ermənistanla sülh: Bayramov və Ləmmi danışıqlar apardılar
- "Boeing 787-8" təyyarələrinin uçuşları dayandırıla bilər
- Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutuları tapıldı
- Hindistanda təyyarə qəzasında ölənlərin sayı 300 nəfəri keçdi