Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti ötən gün 1.28 ABŞ dolları və ya 1.77% artaraq 73.45 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti isə 72.17 ABŞ dolları təşkil edib.