Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aleksey Navalnı 19 il müddətinə azadlıqdan məhrum olundu - VİDEO
Moskva Şəhər Məhkəməsi rusiyalı müxalif siyasətçi Aleksey Navalnıya hökm oxuyub.
Navalnı ekstremist icma yaratmaq ittihamı ilə xüsusi rejimli koloniyada 19 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə məhkəmə iclasının keçirildiyi Vladimir vilayətindəki 6 saylı cəzaçəkmə koloniyasından məlumat verilib.
“Aleksey Navalnıya xüsusi rejimli koloniyada çəkilməklə 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin”, - deyə hakim Andrey Suvorov hökmü elan edib.
Hökmə əsasən, məhkum ekstremist icma yaratmaqda və iştirakda, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə, ekstremist birliyin təşkilində, ekstremist fəaliyyətə ictimai çağırışlarda və yetkinlik yaşına çatmayanları onların həyatı üçün təhlükəli yarada biləcək fəaliyyətə cəlb etməkdə təqsirli bilinir.
Xüsusi rejimli koloniyalarda xüsusilə təhlükəli residiv törədən və ömürlük həbs cəzasına məhkum edilmiş kişilər saxlanılır. Belə rejim məhkumların saxlanması üçün daha sərt şərtləri, o cümlədən hərəkət, ünsiyyət və asudə vaxt azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur.
Mənbə: TASS
Rəylər