Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Alimlər Afrikada naməlum xəstəliyin sirrini açdılar
Demokratik Kongo Respublikasının (DKR) qərbində əvvəllər məlum olmayan xəstəliyi araşdıran alimlər şokedici nəticəyə gəliblər. Məlum olub ki, sirli xəstəlik bir neçə patogen tərəfindən törədilib: AH1N1 qrip virusu, SARS-CoV-2 koronavirus və malyariya.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Actualite" xəbər yayıb.
Bildirilir ki, bir hüceyrənin bir neçə patogenlə eyni vaxtda yoluxması koinfeksiya adlanır və ciddi təhlükə yaradır.
Xəstəliyin kəskin yayılması oktyabrda Kvango əyalətində başlayıb. Xəstələr yüksək hərarət, güclü baş ağrıları və ümumi zəiflikdən əziyyət çəkiblər. Rəsmi məlumatlara görə, 593 nəfər yoluxub, 143 ölüm qeydə alınıb.
Əvvəlcə beynəlxalq alimlər qrupu bunun malyariyanın ağır forması olduğunu güman edib. Lakin sonrakı araşdırmalar daha mürəkkəb mənzərə ortaya qoyub.
"Koronavirus" teqi üzrə xəbərlər
- Koronavirusa qarşı yeni vasitə tapıldı
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- Arktik nəhənglər: Rekord böyüklükdə unikal viruslar aşkarlandı
- Əhali arasında sürətlə yayılan xəstəlik: Halsızlıq, təngnəfəslik, boğulma - Həkimdən HƏYƏCAN TƏBİLİ
- Avropada koronavirusun yeni ştammı yayılıb
Rəylər