Almaniya polisi Qissen şəhərinin mərkəzində atəş açan silahlı şəxsi saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, şübhəli şəxs əvvəllər də polisin diqqətini çəkib.
Hücumun motivi hələlik məlum olmasa da, polis hadisəni terror aktı hesab etmir.
Almaniyanın Qissen şəhərinin mərkəzi meydanında atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi yerli polis sözçüsünə istinadən məlumat yayıb.
Məlumata görə, atəş açan naməlum şəxs hadisə yerindən qaçıb. Polis sakinlər üçün təhlükə olmadığından əmindir və cinayətkarın tutulması üçün əməliyyat aparır.
İnsident bukmeker kontorunun yaxınlığında baş verib. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.