Əfqanıstan-Pakistan sərhədində döyüşlər səngimir.
Oxu.Az Pakistan KİV-ə istinadən xəbər verir ki, Duran Mela, Utaar və Manucab ərazilərində sərhəd hasarını aşmaq üçün üç cəhd qeydə alınıb. Cavab atəşi nəticəsində 5 "Taliban" döyüşçüsü öldürülüb.
Manucabda sərhəd postuna hücum dəf edilib və "Taliban" qüvvələri geri çəkilib.
Xarlaçi postu yaxınlığında artilleriya atəşi mübadiləsi baş verib.
Pakistan artilleriyası Əfqanıstanın Ziqar və Əşrəf Sər istehkamlarına zərbələr endirib. Bundan sonra "Taliban" bölmələri mövqelərindən geri çəkiliblər.
Eyni zamanda, bəzi mənbələr Pakistan tərəfdən azı 12 hərbçinin həlak olduğunu bildirirlər.
Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbələr endiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.
Əfqanıstan Müdafiə Nazirliyi bəyan edib ki, cümə günü gecə saatlarında Kabil və Paktika əyalətinin atəşə tutulmasına cavab olaraq Lahora zərbələr endirib.
Pakistan qırıcıları isə Əfqanıstanın sərhəd əyalətlərini bombalayıblar.
Xatırladaq ki, ötən gün baş verən toqquşmalarda hər iki tərəfdən onlarla hərbçi həlak olub.