Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Amerikalıların yarıdan çoxu Baydeni yarıtmaz prezident hesab edir
Amerikalıların 54%-i hesab edir ki, Co Baydenin ABŞ prezidenti kimi fəaliyyəti Ağ Evdəki sələfləri ilə müqayisədə mənfi mənada yadda qalacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu "Gallup" sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
17% amerikalılar Bayden administrasiyasını "ortadan aşağı" qiymətləndirir. Digər 37% onu "son 10 ABŞ lideri arasında ən pisi" adlandırır.
Respondentlərin yalnız 6%-i Baydenin Ağ Evin rəhbəri kimi fəaliyyətini "müsbət", digər 13%-i isə "ortadan yuxarı" qiymətləndirib. Respondentlərin daha 26%-i Baydenin performansını "orta" adlandırıb.
"Gallup" qeyd edir ki, Baydenin nəticələrini ondan əvvəlki doqquz Ağ Ev lideri ilə müqayisə edərkən, onun liderlik göstəriciləri ən çox Riçard Niksona bənzəyir. Sonuncu vaxtından əvvəl istefa verən yeganə ABŞ prezidentidir.
"Co Bayden" teqi üzrə xəbərlər
- KİV: "Tramp neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq"
- Bayden Ukrayna və Kaliforniyanın məhvində günahlandırıldı
- ABŞ-də iki məhbus Baydenin "əfv"ini qəbul etmədi
- Trampın ilk "döyüşü" hansı ölkələrlə olacaq? - ABŞ böyük böhranın astanasındadır
- Trampın etmədiyini Bayden edəcək: Ağ Evə dəvət etdi
Rəylər