Amerikalı kino ulduzu və BMT-nin xoşməramlı səfiri Ancelina Coli Ukraynanın Xerson vilayətinə gözlənilməz səfər edib.
Oxu.Az "RBK-Ukraina"ya istinadən xəbər verir ki, aktrisa yerli müəssisələrə, doğum evinə və uşaq xəstəxanasına baş çəkib.
Səfər müharibədən zərər görmüş bölgələrdə tibb sahəsinə dəstək məqsədi daşıyan xeyriyyə proqramı çərçivəsində baş tutub.