Hollivud ulduzu Uill Smit bu yaxınlarda “King Richards” filmindəki roluna görə ilk “Oskar”ını qazandı.
Lakin ulduz şəxsi həyatında çox çətin günlər keçirdir. Nüfuzlu mükafatlar səhnəsində Kris Roka şillə vurduqdan sonra onun və həyat yoldaşı Cada Pinket Smitin boşanmaq üzrə olduğu barədə şayiələr gəzir.
Hazırda isə Smit Hindistana yollanıb. Hollivud ulduzunun orada məşhur hindistanlı yoqin və mistik Sadhquru (Caqqi Vasudev) ilə görüşəcəyi deyilir.
Bu barədə Indiatimes.com öz mənbələrinə istinadla bildirib.
Paparassilər ulduzu hava limanında görüblər, aktyor gülümsəyərək onlarla danışıb, sonda isə əl yelləyərək uzaqlaşıb.
Aktyorun Mumbaya getdiyi qeyd edilir.
Uill Smitin özü isə hələlik səfərinin məqsədi və Hindistanda nə qədər qalmağı planlaşdırdığı barədə açıqlama verməyib.
Qeyd edək ki, bu Smitin Hindistana ilk səfəri deyil. Sadhquru ilə aktyor artıq neçə illərdir ki, dostluq edir.
Посмотреть эту публикацию в InstagramMövzuya aid xəbərlər
- Uill Smit “Oskar” mükafatlandırmasında iştiraka qoyulan onillik qadağaya reaksiya verdi - FOTO/VİDEO
- Uill Smitin şilləsi ona baha başa gəldi: Tədbirlərə buraxılmayacaq
- Uill Smit Oskar mərasimindəki insidentdən sonra ABŞ Kino Akademiyasını tərk etdi
- Uill Smitin həyat yoldaşından “Oskar”dakı qalmaqaldan sonra ilk paylaşım - FOTO
- Uill Smit şillə vurduğu həmkarından üzr istədi - FOTO
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər