London məhkəməsi “WikiLeaks” təsisçisi Culian Assanc barəsində 50 həftəlik həbs qətimkan tədbiri seçib.
“Reuters” agentliyinin məlumatına görə, həbs qərarına əsas onun girov müqabilində (şərti) azad olunma qaydalarını pozması olub.
“Siz polisə könüllü şəkildə təslim olmamısınız, Ekvador səfirliyi polis əməkdaşlarının binaya daxil olmasına şərait yaradıb”, - deyə qərarı çıxaran hakim Debora Teylor bildirib.
“WikiLeaks” saytının təsisçisi özünü intizamlı aparacağı təqdirdə, həbs qətimkan tədbirinin müddəti iki dəfə azaldıla bilər.