Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyə və Rusiya prezidentlərinin görüşü başa çatıb
Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçılarının 24-cü zirvə toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş bir saat çəkib.
Bu barədə Türkiyə mətbuatı xəbər verib.
Görüşdə Vladimir Putin bildirib ki, mövcud qlobal problemlərə rəğmən hər iki ölkə arasında illik ticarət dövriyyəsi 55 milyard dollara çatıb:
"Bütün çətinliklərə baxmayaraq, qarşılıqlı ticarət dövriyyəsi getdikcə artmaqdadır. Rusiya ilə Türkiyə arasındakı ortaq layihələr plana uyğun olaraq həyata keçirilir. Biz bu məqsədlə Türkiyəli tərəfdaşlarımızla mütəmadi olaraq fikir mübadiləsi aparırıq".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə iki dövlət arasında illik ticarət dövriyyəsinin göstəricisinin 100 milyard dollara yüksəldilməsini hədəflədiklərini açıqlayıb.
Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Qeyd olunur ki, V.Putinlə və R.T.Ərdoğan iki ölkə arasındakı mövzuları müzakirə ediblər.
Görüşdə xüsusən ticari-iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.
Liderlər həmçinin Ukrayna və Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Mənbə: TASS
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Kahramanmaraşda Prezident İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb
- Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilib
- Ərdoğan Azərbaycanla bağlı paylaşım etdi: "Ayrılarmı könül candan?"
- Prezident Ərdoğan: "Azərbaycanın azad edilmiş torpaqları bərpa və inkişaf meydançasıdır"
- Ərdoğan: "Azərbaycan məhəlləsi" Türkiyə və Azərbaycanın həmrəyliyinin və birliyinin nümunəsidir"