Şiələrin İmam Hüseyn və 72 yoldaşının şəhid edilməsini xatırlama məqsədiylə təşkil etdikləri “Aşura mərasimlərinin” təşkil edildiyi Kazimiyyə bölgəsindəki Ədalət Polis Mərkəzinə hava topunun (minomyot) atılması nəticəsində 1 polis ölüb, 7 polis də yaralanıb.
Oxu.Az modern.az-a istinadən xəbər verir ki, Kazimiyyədəki hücumlarla eyni anda Bağdadın Əl-Griat, Suleyh Polis Mərkəzi və Tunis səmtində meydana gələn bombalı hücumlar nəticəsində isə 8 nəfər həyatını itirərkən 25 nəfərin də yaralandığı bildirilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılarkən hücumların məsuliyyətini hələ boynuna götürən olmayıb.
Bir müddətdir qarışıqlıq, şiddət və günahsız insanların ölümünün yaşandığı İraqda İŞİD liderliyindəki silahlı qruplar ilə ordu birlikləri arasında qarşıdurmalar yaşanır. Paytaxt Bağdad başda olmaqla bir çox şəhərdə bombalı hücumlar təşkil edilir.