Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Atəşkəs və ya HƏMAS-ın tamamilə ləğvi: Münaqişə tərəfləri arasında fikir ayrılıqları
"ABŞ Prezidenti Co Baydenin administrasiyasında İsrail və Fələstinin radikal HƏMAS təşkilatının Qəzza zolağındakı münaqişəni yaxın vaxtlarda nizamlamaq üçün razılığa gələ bilməyəcəklərini hesab edirlər".
Bunu "Politico" qəzeti yazıb.
Nəşr qeyd edir ki, Ağ Evdəki mənbə bunun azı 2024-cü ilin sonunadək davam edəcəyini deyib.
Baydenin administrasiyası tərəflərdən heç birinin güzəştə getməyə hazır olmadığı üçün Qəzzada döyüşlərin daha bir neçə ay davam edə biləcəyindən narahatdır.
Qəzetin Ağ Evdəki mənbələrinin məlumatına görə, İsrail hakimiyyəti və HƏMAS girovların və fələstinli dustaqların azad edilməsi üçün altıhəftəlik atəşkəsə razıdırlar, lakin münaqişəni necə həll etmək barədə vahid fikirdə deyillər.
HƏMAS İsrailin qoşunlarını Fələstin ərazisindən tamamilə çıxarmasını istəyir, İsrail isə HAMAS tamamilə ləğv olunmayınca ordusunun Qəzzanı tərk etməyəcəyini bildirir. Amerikalı məmurların fikrincə, bu fikir ayrılıqları münaqişənin nizamlanması üzrə razılığın əldə olunmasına mane ola bilər.
Mənbə: TASS
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- Husilər İsrailin Nevatim hava bazasına hipersəsli raketlə hücum ediblər
- Fələstin prezidenti HƏMAS-a çağırış etdi
- Tramp HƏMAS-ın müharibədən sonra Qəzzanın idarəçiliyindəki gələcəyi barədə açıqlama verdi
- HƏMAS Qəzzaya nəzarətdən imtina etməyə hazırdır
- Trampın nümayəndəsi Qəzzada atəşkəs şərtlərini açıqladı