Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Avropa İttifaqı Kiyevə yeni hərbi yardım paketinin hazırlanmasını dayandırdı
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən təklif edilən Kiyevə 20 milyard avroluq yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır. Buna səbəb Macarıstanın etirazlarıdır.
Oxu.Az xəbər verir ki, bu barədə sənəd layihəsinə istinadən "Politico" nəşri məlumat yayıb.
Bildirilir ki, Aİ ölkələrinin nümayəndələrinə təqdim olunan mətndən Ukraynaya yeni hərbi yardım göndərilməsi ilə bağlı birbaşa istinad çıxarılıb. Bu dəyişiklik Budapeştin sənədin əvvəlki versiyasına veto qoymasından sonra edilib.
Ekspertlərin sözlərinə görə, bu vəziyyətdə Aİ-nin dəstəyi çox güman ki, ABŞ-nin Kiyevə silah tədarükünü dayandırmasının yaratdığı boşluğu doldura bilməyəcək.
Nəşrin yazdığına görə, 3 mart tarixində Avropa Şurasının sədri Antoniu Kosta Macarıstanın Baş naziri Viktor Orbana məktub göndərərək, ölkəni yeni yardım paketini dəstəkləməyə razı salmaq cəhdlərinin uğursuzluğunu etiraf edib.
O vurğulayıb ki, Aİ daxilində sülhə nail olma yolları və xüsusilə də "güc yolu ilə sülh" yanaşması ilə bağlı fikir ayrılıqları mövcuddur. Bununla yanaşı, Kosta Avropa İttifaqı ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyi ilə bağlı "geniş konsensus"a nail olunduğunu qeyd edib.
Bu kontekstdə nəşrdə belə nəticəyə gəlinir ki, Budapeşt çox güman, Aİ-nin hərbi sahədə mövqelərinin möhkəmlənməsinə etiraz etmir, lakin Kiyevə yeni silah tədarükünə qəti şəkildə qarşı çıxır.
Aİ diplomatları arasındakı mənbələrin məlumatına görə, Fransa da daxil olmaqla bəzi Aİ ölkələri Ukraynaya yardım paketi ilə bağlı qərarın gecikdirilməsindən məmnundurlar.
Bununla belə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yaxın gələcəkdə bu ölkələri Kiyevi dəstəkləməyə məcbur etmək üçün "daha kreativ yollar" təklif edə bilər.
Bunlardan biri müdafiə xərcləri üçün ayrılan kredit vəsaitlərinin 20%-nin yardım məqsədilə Ukraynaya yönləndirilməsini tələb etmək ola bilər.
Nəşr xatırladır ki, Aİ artıq 2025-ci il üçün Kiyevə 60 milyard avro ayırıb.
"Ukraynaya silah yardımı" teqi üzrə xəbərlər
- Polşa XİN: "ABŞ Ukraynaya yardımı dayandırmaq qərarını müttəfiqlərlə məsləhətləşmədən qəbul edib"
- Ukrayna Ali Radası: "Silah ehtiyatı ölkəyə yarım il bəs edəcək"
- Avropa rəsmiləri Zelenski ilə Trampın görüşünü qiymətləndirdilər: "Fəlakət"
- Kanada Rusiyanın aktivləri hesabına Ukraynaya milyardlarla dollar verəcək
- "Qərbin və Ukraynanın silah ehtiyatları tükənib" - Müdafiə konserninin rəhbəri