Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlar və sanksiyaların ləğvi barədə müzakirələr fonunda Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.
"Aİ-nin əsas diqqəti əvvəllər olduğu kimi, sanksiyalar da daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə edərək Rusiyaya maksimum təzyiq göstərməkdir", - Aİ-nin nümayəndəsi Anitta Hipper bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması və Rusiya qüvvələrinin Ukraynanın bütün ərazisindən qeyd-şərtsiz çıxarılması sanksiyaların dəyişdirilməsi və ya ləğvi üçün əsas şərtlərdən biri ola bilər.
Hipper, həmçinin vurğulayıb ki, Aİ-nin məqsədi hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaqda Ukraynaya dəstək olmaqdır.
"Rusiyaya qarşı sanksiyalar" teqi üzrə xəbərlər
- Aİ Rusiyanı KXDR ilə hərbi sahədə əməkdaşlığa görə yeni sanksiyalarla hədələyir
- Avropa Ukrayna sazişi çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınmasının əleyhinədir
- Kiyev Londonda Trampın planını, yoxsa 30 günlük atəşkəsi müzakirə etmək istəyir?
- ABŞ Ukrayna məsələsində əməkdaşlıq üçün Rusiyaya nə təklif edə bilər?
- ABŞ-nin Ukraynada sülh təşəbbüslərinin detalları məlum oldu