Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropa Komissiyasının yeni tərkibi təsdiqləndi
Avropa Parlamentinin (AP) deputatları çərşənbə günü Avropa Komissiyasının (AK) yeni tərkibini təsdiqləyiblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Avropa İttifaqı üzv dövlətləri tərəfindən təklif edilən və əvvəlcədən AP komitələri tərəfindən razılaşdırılan bütün namizədlər səs çoxluğu ilə qəbul edilib.
Avropa Komissiyasının 27 üzvü Avropa Şurası tərəfindən rəsmi təsdiqdən sonra dekabrın 1-dən öz səlahiyyətlərinin icrasına başlayacaq.
Yeni tərkibli Avropa Komissiyasına ardıcıl ikinci dəfə seçilən Ursula fon der Lyayen rəhbərlik edəcək.
"Avropa Komissiyası" teqi üzrə xəbərlər
- ABŞ-nin tariflərinə cavab olaraq Aİ daxili bazarı gücləndirmək niyyətindədir
- Avropa Komissiyası hərbi kəşfiyyat peykləri şəbəkəsi yaratmaq istəyir
- Avropa İttifaqından ABŞ-yə cavab: Milyardlarla avro dəyərində əks tədbirlər elan edildi
- Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif edilə bilər
- Avropa ölkələrinin vətəndaşlarının əmanətləri müdafiə sahəsinə yönəldiləcək
Ən çox oxunanlar